Xəbər lenti

GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
Ölkə 16:40 05.03.2026

GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi

GUAM-ın Daimi Beynəlxalq Katibliyi İranın döyüş dronlarının Azərbaycan ərazisindəki mülki infrastruktura və obyektlərə nizamsız hücumlarını qətiyyətlə pisləyib.

Bu barədə katibliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Biz Azərbaycan Respublikasının xalqına və hakimiyyətinə rəğbətimizi və həmrəyliyimizi ifadə edirik. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik və GUAM-a üzv dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən təhdid və çağırışlara qarşı durmaqda vahidik", - məlumatda bildirilib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
--> -->