Hörmüz boğazı açıqdır.
Qaynarinfo xəbər verir ki, bunu Kioumərs Heydəri İranın Hərbi Dəniz Qüvvələri Baş Qərargahının müavini kimi İran dövlət televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, Hörmüz boğazı hazırda açıqdır və buradan keçən gəmilər beynəlxalq protokollara uyğun şəkildə idarə olunur.
"Boğaz açıq qalır və buradan keçən gəmilər beynəlxalq qaydalara uyğun şəkildə hərəkət edir”, – deyə o bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu gün yaydığı məlumatda isə vurğulanıb ki, daha əvvəl də bəyan edildiyi kimi, beynəlxalq qanun və qərarlara əsasən müharibə dövründə Hörmüz boğazından keçid qaydalarının tənzimlənməsi İran İslam Respublikasının səlahiyyətində olacaq və bütün tərəflər bu qaydalara əməl etməlidir.
Şərhlər