Xəbər lenti

Dünya 10:59 23.10.2024

"Tramp dəfələrlə Hitlerə təriflər yağdırıb" - Ağ Evin keçmiş aparat rəhbəri

ABŞ prezidentliyinə namizəd Donald Tramp dəfələrlə nasist Almaniyasının lideri Adolf Hitlerə təriflər yağdırıb. O, diktator olan insanlara heyrandır.

Qaynarinfo "Axios”a istinadən xəbər verir ki, bunu Ağ Evin keçmiş aparat rəhbəri Con Kelli deyib.

Nəşr yazır ki, NYT-yə verdiyi bir sıra müsahibələrdə Kelli gələn ay seçiləcəyi təqdirdə Trampın diktator kimi idarə edəcəyindən narahatlığını dilə gətirib. Onun fikrincə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd faşist tərifinə uyğundur və əlavə edib ki, o, tarixi və Konstitusiyanı başa düşmür.

"Hitler yaxşı işlər görüb”, - Kelli müsahibəsində Trampın ona bu ifadəni dediyini bildirib. Bundan əlavə, Ağ Evin keçmiş aparat rəhbəri Trampın nasist lideri haqqında dəfələrlə müsbət fikirlər söyləməsi ilə bağlı əvvəlki məlumatları təsdiqləyə biləcəyini vurğulayıb.

"Keçmiş prezidentin, şübhəsiz ki, ifrat sağçı baxışları var, o, şübhəsiz ki, avtoritardır, diktator olan insanlara heyrandır - o, belə deyib. O, şübhəsiz ki, faşistin ümumi tərifinə uyğundur, bu dəqiqdir", - Kelli deyib.

Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq çərşənbə axşamı elektron poçtla verdiyi açıqlamada Kellinin "bu yalanlanmış hekayələri uydurmaqla özünü tamamilə biabır etdiyini" söyləyib.

"Axios” nəşri Ağ Evin keçmiş aparat rəhbərinin Hitler ətrafında alman generalları, eləcə də Birinci Dünya Müharibəsində həlak olan amerikalılar mövzusunda daha bir neçə bəyanat verib. Buna cavab olaraq nəşr əlavə edib ki, Trampın kampaniyası əvvəllər də Respublikaçılar partiyasının namizədinin nə vaxtsa belə bir söz dediyini təkzib edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->