ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel büro loqosu və öz adı olan viski butulkalarını dəfələrlə hədiyyə edib.
Qayanrinfo xəbər verir ki, bu barədə "The Atlantic” jurnalı FTB əməkdaşları və digər mənbələrə istinadən yazıb.
Məlumata görə, Patel bu cür butulkaları həm FTB əməkdaşlarına, həm də rəsmi görüşlərdə rastlaşdığı şəxslərə təqdim edir. O, onları rəsmi tədbirlərə aparır və iş səfərlərində özü ilə götürür.
"The Atlantic” həmçinin belə bir butulkanı hərracda aşkarlayıb. Butulkanın üzərində qartal təsviri, FTB emblemi və "direktor Keş Patel” yazısı yer alır. Onun adı "Ka$h” kimi yazılıb – "s” hərfi dollar işarəsi ilə əvəz olunub. İçki Kentukki ştatında yerləşən "Woodford Reserve” zavodunda istehsal olunan burbondur.
FTB isə bildirib ki, belə hədiyyə ənənəsi Patelə qədər də mövcud olub və o, etik qaydaları pozmayıb, alkoqolun pulunu öz vəsaiti ilə ödəyib.
Qeyd olunur ki, bu mövzuda məqaləni jurnalist Sara Fitspatrik yazıb. O, daha əvvəl Patelin davranışları ilə bağlı iddialar – guya tez-tez sərxoş olması, qeyri-adekvat davranışı və işdən yayınması barədə araşdırma dərc etmişdi. Bundan sonra Patel jurnalist və nəşr üzərində məhkəmə iddiası qaldırıb.
MS NOW telekanalı isə bildirib ki, FTB Fitspatriklə bağlı "daxili təhdid araşdırması”na başlayıb – adətən bu cür yoxlamalar jurnalistlərə deyil, dövlət məmurlarına qarşı aparılır.
Aydın
Şərhlər