Xəbər lenti

Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verildi
Ölkə 09:52 27.12.2024

Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verildi

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona aparılaraq bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filiyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlu var..

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->