"Xüsusi karantin rejiminin aprelin 1-nə kimi uzadılmasının iqtisadi ziyanları var".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Ekspert bu qərarın eyni zamanda turizm sahəsinə də ziyan olduğunu vurğulayıb:
"Qərar ticarətə də ziyanlıdır. Bu qərarın tək izahı təhlükəsizlik məsələləridir. Əgər söhbət təhlükəsizlik məsələlərindən gedirsə, bunu ancaq hökumət bilir. Bizə bəlli olmayan səbəblərdir. Amma qərarın ümumi şəkildə ziyanları çoxdur".
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Qərara görə, karantin rejiminin müddəti gələn il yanvarın 1-dən aprelin 1-dək uzadılıb.
Bahar Rüstəmli
Şərhlər