Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı buraxmaq və yeni parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
Parlamentin buraxılması qərarı hökumət koalisiyasının de-fakto fəaliyyətini dayandırması ilə bağlı olub. Belə ki, noyabr ayında koalisiya partiyalarından birinin lideri hökumətdən istefa verib, dekabr ayında isə deputatların əksəriyyəti Olaf Şolts hökumətinə qarşı etimadsızlıq votumu qəbul edib.
Ştaynmayerin sözlərinə görə, belə çətin dövrlərdə sabitlik fəaliyyət göstərə bilən hökuməti və parlamentdə etibarlı əksəriyyətin olmasını tələb edir.
Yeni Bundestaq seçkilərinin 23 fevral 2025-ci ildə keçirilməsi planlaşdırılır.
UNIAN-ın yazdığına görə, alman siyasətçiləri Ukraynadakı müharibəni seçkiqabağı mübarizə vasitələrindən biri kimi istifadə edirlər. Məsələn, hazırkı kansler Olaf Şolts və XDS/XSS-dən kanslerliyə əsas namizəd Fridrix Mers Ukrayna ilə bağlı siyasətlərinin daha inandırıcı olduğunu göstərmək üçün mübarizə aparırlar.
Həmçinin, Almaniya müxalifət siyasətçilərinin Şoltsun Ukrayna müharibəsi mövzusunu gündəmə gətirərək seçki reytinqlərini yüksəltmək üçün Moskva ilə "gözlənilməz sülh səfəri" edə biləcəyi barədə söz-söhbət yaydığı bildirilir.
Alpər
Şərhlər