Cənubi Koreya Milli Assambleyası 27 dekabr cümə günü, iki həftədən az müddətdə prezident vəzifəsini icra etmiş keçmiş baş nazir Han Dak Suya qarşı impiçment təklifini səsə qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Yonhap News agentliyi
yazır.
"Han Dak Suya qarşı impiçment təklifi yekdilliklə 192 səsə qarşı 0 səs ilə qəbul edilib, bu, parlamentin hazırkı prezidentə qarşı impiçment elan etdiyi ilk haldır", - agentlikdən qeyd edilib.
Dak Su Cənubi Koreya prezidenti, ölkədə skandallı hərbi vəziyyət elan edən Yoon Suk Yula qarşı impiçment elan edildikdən sonra iki həftədən az müddət ərzində prezident əvəzedicisi vəzifəsini icra etməyə başlamışdı.
Cənubi Koreya agentliyinin məlumatına görə, parlamentdəki çoxluğa sahib olan Demokratik Partiya Han Dak Suya qarşı impiçment təqdimatı hazırlayıb, çünki o, Yulun impiçmentinə dair qərar verəcək Konstitusiya Məhkəməsinə əlavə hakim təyin etməməkdən imtina edib.
Parlamentin çoxluğu, həmçinin, impiçmentin əsasını Dak Sunun hərbi vəziyyətin tətbiqi və keçmiş prezident Yulun və birinci xanım Kim Keon Hiyə qarşı xüsusi prokuror üçün hazırlanmış iki qanun layihəsini açıqlamaqdan imtina etməsi olduğunu qərara alıb.
Cənubi Koreya Prezidenti Yoon Suk Yul 3 dekabrda ölkədə fövqəladə hərbi vəziyyət elan etmişdi. Yul xalqa etdiyi birbaşa müraciətdə, bu tədbirin ölkəni "kommunist qüvvələrdən" qorumaq üçün lazım olduğunu bildirmişdi.
Cənubi Koreya Milli Assambleyası 14 dekabr şənbə günü Yoon Suk Yulun prezidentliyə qarşı impiçmentə səs vermişdi.
Alpər
Şərhlər