Xəbər lenti

İqlim böhranı: 2024-cü ildə 41 əlavə təhlükəli isti gün yaşanıb
Dünya 23:12 27.12.2024

İqlim böhranı: 2024-cü ildə 41 əlavə təhlükəli isti gün yaşanıb

Bitməkdə olan 2024-cü ildə iqlim böhranının planetimizə təsirlərini araşdıran alimlər müəyyən ediblər ki, iqlim dəyişikliyi bu il dünyada daha 41 daha təhlükəli isti günlərə səbəb olub və insanlar üçün böyük iztirablar yaradıb.

Qaynarinfo xəbər verir ki, World Weather Attribution (WWA) təşkilatının beynəlxalq tədqiqatçıları 2024-cü ildə baş verən ifrat hava hadisələrini və bu hadisələrin iqlim dəyişikliyi ilə əlaqəsini təhlil ediblər.

Təhlilə əsasən, insan fəaliyyətlərinin səbəb olduğu iqlim dəyişikliyi bu il dünya üzrə təhlükəli səviyyədə 41 gün daha isti günlərin yaşanmasına gətirib çıxarıb.

İqlim dəyişikliyinin yaratdığı ifrat hava hadisələri nəticəsində bu il ən azı 3 700 insan həyatını itirib və milyonlarla insan yerindən olub. Bundan əlavə, 26 hava hadisəsi iqlim dəyişikliyi səbəbilə daha şiddətli hal alıb.

Bir çox ifrat hava hadisəsində iqlim dəyişikliyinin təsiri El Ninodan daha güclü olub.

Elm adamları 2025-ci il və sonrasında bütün ölkələri ifrat hava şəraitlərinə qarşı hazırlıqlarını gücləndirməyə çağırırlar. İsti hava dalğaları, quraqlıq, meşə yanğınları, fırtınalar və daşqınlarla dolu bir gələcəkdən qaçmaq üçün fosil yanacaqlardan daha sürətli bir şəkildə uzaqlaşmağın zəruri olduğunu vurğulayırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->