Xəbər lenti

Tanınmış tikinti şirkəti 2000 manat cərimələndi
Ekonomiks 17:56 19.07.2023

Tanınmış tikinti şirkəti 2000 manat cərimələndi

Bakı şəhəri, Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Komfort Həyat" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı ciddi pozuntular aşkarlanıb. 

Qaynarinfo-nun məlumatına görə, "Komfort Həyat" MTK barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində aparılan plan üzrə yoxlama zamanı tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi ilə bağlı "Yanğın Təhlükəsizliyi” Qaydalarının 25-ci bəndinin tələblərinin pozulması aşkar edilib. 

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 manat məbləğində inzibati cərimə olunub. 

Şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MTK-nın qanuni təmsilçisi 38 yaşlı Mahir Cəfərovdur. 2018-ci ildə Nərimanov rayonun sabiq icra başçısı, hazırda Abşerona rəhbərlik edən Abdin Fərzəliyevin sərəncamı ilə plana düşən binaların yerində "Komfort Həyat” yaşayış kompleksi salınmağa başlayıb. 



Apardığımız araşdırmaya görə, şirkət Abdin Fərzəliyevə yaxın şəxsə - Şərur rayon sakini, Abşeron icra başçısının həmyerlisi, qohumu Mahir Cəfərov Fərhad oğluna məxsusdur. 


Mahir Cəfərov

 
Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->