Misli Premyer Liqasının VIII turu "Kəpəz” üçün əlamətdar olub. Gəncə klubunun mövsümdəki ilk qələbəsi "Şamaxı” ilə səfər matçına təsadüf edib – 4:1.
Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. "Kəpəz” bu göstəricidə yalnız "Qarabağ”la "Neftçi”dən geri qalır.
Gəncə klubu bunadək səfərdəki son belə qələbəsini "Qəbələ” üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.
"Kəpəz”in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də "Plastik”lə görüşdə qeydə alınıb – 3:0.
Şərhlər