Xəbər lenti

Sarımsağın dişlər və diş ətləri üçün faydası: Alimlər nəyi sübut etdi?
Sağlamlıq 14:50 10.12.2025

Sarımsağın dişlər və diş ətləri üçün faydası: Alimlər nəyi sübut etdi?

Sarımsağın yalnız bir inqredientdən ibarət olan xalq təbabəti üsulu kimi diş ağrısına qarşı istifadə edildiyi bilinsə də, alimlər bu tərəvəzin stomatoloji məqsədlərlə də tətbiq oluna biləcəyini müəyyənləşdiriblər. Bəzi hallarda bakteriyalar dişlərin xarab olmasının əsas səbəbi sayılır, çünki onlar kariyesin inkişafını sürətləndirir. Alimlər sarımsağın ağız boşluğuna təsirini araşdırmaq qərarına gəlib və "xlorheksidin" (ən effektiv antiseptiklərdən biri) tərkibli qarqaranın təsiri ilə çiyid ekstraktının təsirini müqayisə edən tədqiqatları təhlil ediblər.

Qaynarinfo xəbər verir ki. "Journal of Herbal Medicine" jurnalında dərc olunan məqaləyə əsasən, təbii vasitənin effektivliyi istifadə olunan inqredientin konsentrasiyasından və tətbiq müddətindən asılıdır.

Sarımsaq ağızdakı bakteriyaları öldürürmü?

Tədqiqatçılar müəyyən edib ki, sarımsaq ekstraktı ilə qarqara etdikdən sonra ağızda bakteriyaların sayı əhəmiyyətli dərəcədə azalır. Bu maddənin antimikrob xüsusiyyəti sarımsaq doğrananda əmələ gələn alisininlə əlaqələndirilir.

Alimlərin fikrincə, təbii vasitə "xlorheksidin" tərkibli qarqaralara alternativ ola bilər. Lakin sarımsağın diş və diş əti üçün faydalı olmasına baxmayaraq, belə bir qarqaranın istifadəsini məhdudlaşdıra biləcək yan təsirlər də mövcuddur:

Xoşagəlməz dad 

Sarımsaq ekstraktının ağızdakı bakteriyaları azalda bilməsi səbəbindən iltihablı diş ətlərinə də potensial fayda göstərə biləcəyi ehtimal edilir. Bununla belə, alimlər qeyd edir ki, belə araşdırmaların əksəriyyəti laboratoriya şəraitində aparılıb və fərqli metodologiyalar tətbiq olunub, ona görə də stomatoloji praktika üçün əlavə elmi sübutlara ehtiyac var.

Ağız sarımsaqıa qarqara edilə bilərmi?

Çinli alimlər laboratoriya şəraitində sübut ediblər ki, sarımsaqda antimikrob təsir verən alisin istiliyə qarşı həssasdır. "npj Science of Food" jurnalında dərc olunan məqaləyə görə, bu maddə otaq temperaturunda stabil qalır, lakin temperatur 75°C-yə çatdıqda və ya onu aşdıqda sürətlə parçalanır.

Bu bilgilərə əsaslanaraq demək olar ki, sarımsaq qaynadıldıqda alisinin parçalanması səbəbindən belə bir dəmləmə effektiv olmayacaq.

Hindistanlı alimlərin məlumatına görə, ağız boşluğu üçün daha uyğun qarqara aşağıdakı tərkibdən ibarət ola bilər:

* Su
* Sorbitol (təbii şəkər əvəzedicisi)
* Nanə yağı

Bu qarqaradan stomatologiya tələbələrindən ibarət kiçik bir qrup istifadə edib və nəticədə məlum olub ki, sarımsaq ekstraktı kariyesin profilaktikasında effektiv ola bilər. Araşdırma iştirakçılarına yeməkdən sonra gündə bir dəfə 10 millilitr həcmdə qarqara etmək tövsiyə olunub.

Səkkizinci gün aparılan analizlər tələbələrin tüpürcəyində kariyes yaradan bakteriyaların sayının azaldığını göstərib.

Nigeriyalı alimlərin tədqiqatına əsasən, bir diş sarımsaq diş ağrısını azaltmaq üçün effektiv vasitədir. Çünki sarımsaqda yalnız alisin deyil, həm də flavonoidlər kimi bir sıra faydalı fitokimyəvi maddələr mövcuddur və onlar ağrıkəsici və iltihabəleyhinə təsir göstərir.

Sarımsaq xalq təbabətində də diş ağrısına qarşı istifadə olunur: onu xırda doğrayıb tənzifə bükür və xəstə dişin olduğu diş ətinə qoyurlar. Lakin bu üsul ağrının səbəbini - məsələn, kariyesi aradan qaldırmır, ona görə həkimə müraciət vacibdir.

Sarımsaq diş daşını və ya diş ərpini təmizləyə bilərmi?

Bir sıra araşdırmalar sarımsaq ekstraktı ilə qarqara etməyin ağızdakı bakteriyaları azaltdığını təsdiq edir. Məhz bu bakteriyalar sonradan ərp daha sonra isə diş daşı formalaşdırır.

Sarımsaq tərkibli qarqaradan istifadə ərpin yaranma tezliyini azalda bilər. Lakin elmi ədəbiyyatda sarımsağın diş və diş ətləri üçün o qədər faydalı olduğuna dair, hətta bakteriya yığını olan ərpi birbaşa təmizlədiyini təsdiq edən araşdırmalar yoxdur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->