Rusiya səfiri Oleq Vasnetsov "Dnestryanı Moldova Respublikasında” (PMR) Rusiya Federasiyasının prezident seçkilərində səsvermədə iştirak etməsiylə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaynarinfo
xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
Moldova Xarici İşlər Nazirliyinin diplomatın çağırışını əvvəlcədən elan etmədiyi bildirilir.
Martın 12-də Moldova prezident seçkiləri üçün PMR-də altı seçki məntəqəsinin təşkil olunmasına görə Vasnetsova etiraz edib. Diplomatın sözlərinə görə, əvvəlki illərdə Dnestryanıda məntəqələrin sayının 30-a yaxın olmasına baxmayaraq, Moldovada yenə də narazı qalıb və buna görə də etirazlarını bildiriblər.
Martın 16-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldova hakimiyyəti Qərb ölkələrinin göstərişi ilə Dnestryanıda Rusiya prezidentinə səs vermək istəyənlərin qarşısını alır.
Alpər
Şərhlər