"Azər-Türk Bank” 2025-ci ilin yanvar-sentyabr aylarını 9 milyon 376 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 995 min manat və ya 48.96% azdır.
Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 18 milyon 371 min manat təşkil etmişdi.
Hesabat dövründə bankın qeyri-faiz gəlirlərində də azalma müşahidə olunub. 2025-ci ilin ilk 9 ayında "Azər-Türk Bank” 27 milyon 915 min manat qeyri-faiz gəliri əldə edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 29 milyon 801 min manat olub. Beləliklə, qeyri-faiz gəlirlərində 1 milyon 886 min manat və ya 6.33% azalma olub.
Əvəzində, qeyri-faiz xərcləri artım göstərib. 2025-ci ilin yanvar-sentyabr aylarında bankın qeyri-faiz xərcləri 56 milyon 652 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 milyon 733 min manat və ya 20.74% çoxdur. Ötən ilin eyni dövründə bu göstərici 46 milyon 919 min manat səviyyəsində idi.
2024-cü ilin ilk 9 ayında 306 milyon 83 min manat təşkil edən biznes kreditləri, 2025-ci ildə 267 milyon 117 min manat olub. Nəticədə, bu sahədə 38 milyon 966 min manat və ya 12.73% azalma baş verib.
Depozitlər üzrə göstəricilərdə, hüquqi şəxslərin depozitləri 2024-cü ilin müvafiq dövründəki 721 milyon 186 min manat səviyyəsindən 984 milyon 428 min manata yüksəlib. Əksinə, fiziki şəxslərin depozitləri 207 milyon 208 min manatdan 203 milyon 508 min manata düşüb.
Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri də azalıb. 2025-ci ilin ilk 9 ayında bu öhdəliklər 238 milyon 172 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 milyon 624 min manat və ya 9.02% azalma deməkdir
Şərhlər