Xəbər lenti

Rusiya hərbçiləri ukraynalı əsirlərin yaxınlarını əməkdaşlığa məcbur edir
Dünya 15:25 28.01.2025

Rusiya hərbçiləri ukraynalı əsirlərin yaxınlarını əməkdaşlığa məcbur edir

Rusiya xüsusi xidmət orqanları və hərbçiləri Ukrayna hərbi əsirlərinin qohumlarına təsir etməyə çalışır. Xüsusilə, ukraynalıların əsir götürülməsindən dərhal sonra yaxınlarına zəng edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat ">yayıb.

Onların sözlərinə görə, bu addım qohumları şok vəziyyətinə salmaq və düşmənlə əməkdaşlıq etməyə məcbur etmək məqsədilə atılır.

"Əsirlərə daha yaxşı münasibət göstərəcəklərini və ya hətta mübadilə siyahısına daxil edəcəklərini vəd edirlər, əgər qohumlar müəyyən tələbləri yerinə yetirərsə: pul ödəmək, intim xarakterli fotolar təqdim etmək, məlumat toplamaq və ya qanunsuz hərəkətlər etmək kimi", – deyə Koordinasiya Qərargahı qeyd edib.

Əvvəllər Qərargah, hərbi əsir və itkin düşən şəxslərin yaxınlarından pul qoparmaq üçün istifadə olunan fırıldaqçılıq sxemi barədə məlumat vermişdi. Fırıldaqçılar əsirlərin mübadiləsi üçün yardım vəd edirlər.

Yaxınlara, guya əsirlərin mübadilə siyahısına adlarının daxil edilməsi üçün təklif edilir ki, həmin şəxslərlə əlaqə saxlasınlar. Əgər yaxınlar razılaşsa, onlara hərbi əsirin mübadiləsində kömək üçün ödəniş etmək məqsədilə bank hesabları göndərilir.

İnsan haqları üzrə müvəkkil Dmitro Lubinets bu cür fırıldaqçılardan qorunmaq yollarını izah edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->