Xəbər lenti

Rusiya artıq Xarkovu ələ keçirə bilməyəcək, məqsədini dəyişib - Zelenski
Dünya 17:54 01.08.2024

Rusiya artıq Xarkovu ələ keçirə bilməyəcək, məqsədini dəyişib - Zelenski

Rusiya artıq Xarkovu ələ keçirə bilməyəcək. İşğalçılar hədəflərini dəyişiblər, indi onların prioriteti Donetsk vilayətinin Pokrovsk şəhəridir.

Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fransanın AFP, "Le Monde", "L'Equipe" və "Liberation" nəşrlərinə müsahibəsində bildirib.

"Bütün Şərq mürəkkəbdir. Əsas məqsəd bu gün Xarkovu ələ keçirə bilmədikdən sonra başa düşürük ki, bu artıq mümkün olmayacaq. Əsas məqsəd dəyişib. Onların əsas istiqaməti bütövlükdə Şərq deyil, baxmayaraq ki, Slavyansk istisna deyil, amma Pokrovsk, bu gün deyərdim, bu onlar üçün prioritetdir", - Zelenski bildirib. 

O əlavə edib ki, Rusiya qoşunları Pokrovsk istiqamətində cəmləşib. Söhbət təkcə Pokrovsk deyil, həm də Konstantinovka, Toretsk və Slavyanskı işğal etmək planlarından gedir.

Zelenski vurğulayıb ki, ruslar şəxsi heyəti, silahları və idarə olunan bombaları əsasən Pokrovsk istiqamətində cəmləşdirir. Ukrayna prezidentinin sözlərinə görə, düşmən təyyarələrini məhv etməklə Rusiyanın idarəolunan aviasiya bombalarından müdafiə olunmaq olar. 

"Hərçənd mən sizə düzünü deyim, onlar artıq təyyarələrini itiriblər, müəyyən sayda itiriblər, amma hava hücumundan müdafiə sistemləri də itirilir. Onlarla havada mübarizə aparmaq çətindir, bu faktdır. Onların donanması sayca daha böyükdür və döyüşmək çətindir, amma buna baxmayaraq, mübarizə aparırıq, - Ukrayna dövlət başçısı əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->