Xəbər lenti

Rusiya artıq kamikadze hücumlarına “Jiquli
Dünya 16:20 28.01.2025

Rusiya artıq kamikadze hücumlarına “Jiquli"ləri göndərir - Forbes izah edir

Rusiyanın zirehli texnika ehtiyatları tükəndikcə, cəbhədə mülki avtomobillərlə hücumlar ruslar üçün adi hala çevrilib. 

Qaynarinfo xəbər verir ki, "Forbes”in analitiki Devid Aks, cəbhədə ən çox istifadə olunan avtomobilin "Lada Jiquli" olduğunu yazıb.  

Analitikin qeyd etdiyinə görə, ruslar payızda "Jiquli"lərlə ilk kamikadze hücumlarını başladanda, bunu "ən ümidsiz və nəqliyyat vasitəsindən məhrum olmuş hərbi hissələr" kimi qəbul etmək mümkün idi. Ancaq hazırda Rusiya tərəfindən zirehli texnika və ağır texnika itkilərinin 15 000-i keçməsini nəzərə alaraq, "Jiquli"lərlə hücumlar daha çox adi hala çevrilib.  

Devid Aks bildirir ki, Rusiya hər il təxminən 200 yeni BMP-3 döyüş maşını, 90 T-90M tankı və BTR-82 kimi digər yüzlərlə yeni zirehli texnika istehsal edir. Lakin ildə 6 000 ədəd zirehli texnika itirir. Əvvəllər Kremlin itkilərlə istehsal arasında böyük fərqi kompensasiya etmək üçün Soyuq Müharibə dövrünə aid köhnə texnikaları anbarlardan çıxarmaq imkanları vardı. Ancaq indi hətta bu ehtiyatlar da tükənir.  

Bir çox ay ərzində müşahidəçilər Rusiya ordusunun zirehli texnika istehsalı qabiliyyətinin tükənmə həddinə çatıb-çatmamasını müzakirə edirdi.  

"Lada”larla hücumların normaya çevrilməsi, bu qırılma nöqtəsinin artıq keçildiyinə açıq işarədir. Rusiyanın Ukraynada apardığı hər gün daha da genişlənən müharibəsində, onların zirehli texnika ehtiyatları azaldıqca, döyüşçüləri döyüş meydanına çatdırmaq üçün kompakt avtomobillərə daha çox etibar edəcəklər", - deyə Aks yazır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->