Xəbər lenti

Rubio:
Dünya 13:21 01.04.2026

Rubio: "Daha sonra NATO ilə münasibətləri dəyərləndirəcəyik"

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və İsrail-in İran-a qarşı hücumları ilə başlayan müharibədə NATO müttəfiqlərindən gözlədikləri dəstəyi görməyiblər və bu səbəbdən qarşıdurmadan sonra alyansla münasibətlər yenidən qiymətləndirilə bilər.

Qaynarinfo xəbər verir ki, Rubio "Fox News" kanalına müsahibəsində bildirib ki, ABŞ-ın çağırışlarına baxmayaraq, NATO müttəfiqləri Hörmüz boğazı bölgəsinə dəstək göndərməyib və ya hərbi bazaların istifadəsinə icazə verməyib.

"Biz onlardan hava zərbələri endirmələrini istəmirik. Sadəcə, hərbi bazalarına ehtiyac olanda cavab ‘xeyr’ olur. O zaman niyə NATO-dayıq?” – deyə o qeyd edib.

Rubio əlavə edib ki, senator olduğu dövrdən bəri NATO-nu daim müdafiə edib, lakin alyansın getdikcə "birtərəfli münasibətə” çevrildiyini düşünür.

NATO ilə bağlı yekun qərarın Donald Trampa məxsus olduğunu vurğulayan Rubio deyib ki, bu münaqişədən sonra münasibətləri yenidən nəzərdən keçirməli olacağıq. NATO-nun ölkələri üçün əhəmiyyətini yenidən qiymətləndirməlidirlər.

İranla bağlı planlarına da toxunan Rubio "son mərhələyə yaxınlaşdıqlarını” deyərək, bunun "bu gün və ya sabah olmasa da, uzaqda olmadığını” qeyd edib.

Günay
--> -->