Xəbər lenti

Vitamin və bitki tərkibli əlavələr:
Sağlamlıq 11:27 01.04.2026

Vitamin və bitki tərkibli əlavələr: "Bunlar rutin ehtiyac deyil"

Müasir həyatın sürətlənməsi, qidalanma vərdişlərinin dəyişməsi və gün işığı ilə təmasın azalması nəticəsində vitamin və mineralların əlavələr şəklində qəbulu gündəlik həyatın bir parçası halına çevrilib. Vitrin rəfləri vitamin, mineral və bitki tərkibli dəstək məhsulları ilə dolub daşarkən, hər gün yeni bir maddənin populyarlaşması insanlarda suallar yardır.

Bəs çıxan ən aşağı analiz nəticələrimizə görə vitamin əlavələri qəbul etməliyikmi?

Qaynarinfo xəbər verir ki, türk ailə həkimi Prof. Dr. İsmet Tamer vitamin və bitki tərkibli əlavələri seçərkən diqqət edilməli əsas məqamları paylaşıb.

Mütəxəssisin sözlərinə görə, bir çox insan həyat tərzi və qidalanma vərdişlərinin dəyişməsi səbəbindən vitamin və mineral çatışmazlığı hiss edir və bunu əlavəlırlı tamamlayır. İşlənmiş qidaların artırılması, təzə tərəvəz və meyvə istehlakının azalması mikroelement qəbulunu azaldır.  Ofislərdə, qapalı məkanlarda keçirilən daha çox vaxt və günəş işığına az çıxmaq isə xüsusilə D vitamini çatışmazlığını artırır.

Eyni zamanda, inkişaf etmiş laboratoriya testləri simptomsuz çatışmazlıqları aşkar etməyə imkan verir. Sosial media və reklam dilləri isə "təbii, möcüzəvi, sürətli təsir” kimi şüarlar vasitəsilə əlavələrə marağı artırır.

Lakin laboratoriya nəticəsi təkbaşına qərarvermə üçün kifayət deyil. Dəyərin aşağı çıxması həmişə vitamin əlavələrinə başlamaq üçün səbəb demək deyil. Çatışmazlığın səviyyəsi, klinik göstəricilər və risk faktorları birlikdə qiymətləndirilməlidir.Həyat tərzində yüngül dəyişikliklər kifayət edə bilər, ciddi hallarda isə hədəfə yönəlmiş müalicə lazım ola bilər.

Xüsusilə sosial medianın təsiri ilə sürətlə populyarlaşan qida əlavələrinə diqqətlə yanaşmaq vacibdir. Bir maddə məşhur olub deyə dərhal istifadə edilməməli, xüsusilə müalicə məqsədilə və mövcud dərmanlarla birlikdə qəbul ediləcəksə, mütləq həkim məsləhəti alınmalıdır.

Vitamin və bitki tərkibli əlavələrin etibarlılığı həm dünyada, həm də Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biridir. Müstəqil laboratoriya analizləri bəzən məhsul etiketində göstərilən aktiv maddənin ya çox az olduğunu, ya da heç olmadığını ortaya çıxarır.

Qida əlavələri dərmanlar qədər ciddi təsdiq prosesindən keçmədiyi üçün keyfiyyət nəzarəti istehsalçının bəyanatına və tətbiq etdiyi standartlara bağlıdır. Müstəqil testlər aparılmadıqda etiket ilə faktiki tərkib arasında uyğunsuzluq ola bilər. Xüsusilə onlayn satış platformalarında hər məhsul yoxlamadan keçirilmədiyi üçün diqqətli olmaq lazımdır.

Etiket mütləq oxunmalıdır. Aktiv maddənin adı və miqdarı açıq şəkildə göstərilməlidir, hər bir komponentin dozası qeyd edilməlidir, yan təsir və hamiləlik, südvermə, uşaq istifadəsi ilə bağlı xəbərdarlıqlar olmalıdır.

Dərman qəbul edənlər daha çox diqqətli olmalıdır. Bitki mənşəli və təbii əlavələr dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Daim dərman istifadə edənlər mütləq həkim məsləhəti almalıdır.

Vidamin və qida əlavələri hər kəs üçün rutin ehtiyac deyil. Yeni bir maddə populyar oldu deyə dərhal uzun müddət istifadə edilməməlidir. Etibarlı elmi dəlil, məhsul doğrulaması və həkim qiymətləndirməsinə əsaslanan seçim ən sağlam yanaşmadır.
 
Günay

--> -->