Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən portuqaliyalı ulduz Kriştiano Ronaldu komanda yoldaşları ilə birlikdə oruc tutub.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, "Əl-Nəsr" ulduzu müsəlman komanda yoldaşlarını dəstəkləmək üçün Ramazan ayında oruc tutub.
Müsəlman futbolçularla birlikdə sahur və iftarda bir araya gələn Ronaldu məşqlərini də davam etdirir.
"Ronaldu hesab edir ki, onun bu davranışı komandanın motivasiyasını artırır və oyunçular arasında qardaşlıq bağlarını gücləndirir" - məlumatda qeyd olunur.
Şərhlər