"Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Lənkəran Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan N.Həsənzadəyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, N.Həsənzadə B.Muxtarzadə adlı vətəndaşa oğlunu "Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsində "nəzarətçilərin rəhbəri" vəzifəsinə işə düzəldəcək. Bunun müqabilində isə zərərçəkmişdən 7000 manat pul alıb. B.Muxtarxadə sonradan aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonradan məlum olub ki, N.Həsənzadə başqa iki nəfərə qarşı da dələduzluq edib. Məhkəmə zamanı N.Həsənzadə verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Seyid
Şərhlər