Xəbər lenti

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir
Ölkə 21:28 20.02.2026

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək.

Qaynarinfo trend-ə istinadən xəbər verir ki, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.

Xanım nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmiryolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar aparılacaq.
--> -->