Xəbər lenti

Ronaldo sevgilisini həyat yoldaşı adlandırdı
Maqazin 22:05 28.01.2025

Ronaldo sevgilisini həyat yoldaşı adlandırdı

Portuqaliya və Səudiyyə Ərəbistanı millisinin "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo sevgilisi Ceorcina Rodrigesi ad günü münasibətilə təbrik edərək, onu həyat yoldaşı adlandırıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ana, ortaq, dostum, həyat yoldaşım... Ad günün mübarək, sevgilim. Sənin işığın bizi işıqlandırır və sevgin bizə enerji verir", deyə Ronaldo qeyd edib.

Ronaldo və Rodrigezin evliliyinin rəsmi olub-olmadığı məlum deyil.

29 dekabr 2024-cü ildə "Daily Mail" Ronaldonun gizli şəkildə Rodrigeslə evləndiyini iddia edib. Bu iddiaya səbəb "Globe Soccer Awards" mərasimində Ronaldonun səhnədə Rodrigesə "arvadım" deməsi olub.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr"ın hücumçusu olub. Ölkədə qadın və kişinin nikahdankənar bir evdə yaşaması qadağan olunsa da, futbolçuya güzəşt edilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.

İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Futbolçunun 2010-cu ildə doğulan kiçik Kriştiano adlı oğlu da var. Və 2017-ci ildə surroqat ana idmançı üçün əkizlər Eva və Mateonu dünyaya gətirib. Rodriges öz izləyicilərinə ögey oğullarını və ögey qızını öz övladları kimi sevdiyini etiraf edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->