Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsi həmin departamentin baş mühəndisi Ceyhun Aslanova həvalə olunub.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Ceyhun Aslanov 2023-cü ilin 3 avqustundan Hərəkət vasitələrinin təmiri departamentinin baş mühəndisi vəzifəsini tuturdu. O, 2005-ci ildən ADY-də müxtəlif vəzifələrdə, o cümlədən elektrik çilingəri, elektrovoz maşinist köməkçisi, baş usta vəzifələrində çalışıb. 2011–2015-ci illərdə Bakı–Tiflis–Qars dəmir yolu xətti layihəsində enerji təsərrüfatı üzrə mütəxəssisi kimi fəaliyyət göstərib. 2019-cu ildə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad olunaraq Azərbaycan Dəmir Yollarının baş mühəndisi təyin
olunub.
Aydın
Şərhlər