Xəbər lenti

Robotların təhlükəsi barədə xəbərdarlıq etdi, işdən çıxarıldı
Texnologiya 21:35 23.11.2025

Robotların təhlükəsi barədə xəbərdarlıq etdi, işdən çıxarıldı

"Figure” şirkətinin robotlarının təhlükəsi barədə xəbərdarlıq edən təhlükəsizlik rəhbərinin işdən azad edilməsi mübahisələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, hadisə robotlardan birinin insan kəlləsini sındıra biləcək gücə malik olduğunu göstərən hesabatdan sonra baş verib.

Məlumata görə, "Figure” şirkətinin keçmiş təhlükəsizlik rəhbəri Robert Qryundel şirkəti məhkəməyə verib. O bildirir ki, rəhbərliyə humanoid robotların gücündən irəli gələn riskləri açıqladığı hesabatı təqdim etdikdən bir neçə gün sonra onun müqaviləsi ləğv olunub.

Qryundel iddia edir ki, robotlar hazırda insan sümüyünü sındıra biləcək gücə malikdir və sınaqlar zamanı nasazlıq baş verərkən prototiplərdən biri altı millimetrlik polad soyuducu qapısını deşib. O, həmçinin narahatdır ki, onun işdən çıxarılmasından sonra şirkət daha əvvəl iki investora təqdim etdiyi təhlükəsizlik standartlarını zəiflədib.

"Figure” isə bütün ittihamları rədd edir. Şirkətin nümayəndəsi bildirib ki, Qryundel "pis iş nəticələrinə görə” vəzifəsindən azad edilib və onun iddiaları həqiqəti əks etdirmir.

Bundan əvvəl məlumat verilmişdi ki, "Figure AI” humanoid robotunu danışmağa öyrədib. Həmin robot, hətta bir şəxsin xahişi ilə ona alma da uzadıb. Həmçinin "Boston Dynamics” şirkətinin "Atlas” adlı humanoid robotu ilk dəfə breyk-dans etməyi bacaran robot kimi təqdim olunub və şirkət bu robotu "dünyanın ən çevik insanabənzər roboti” adlandırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->