Xəbər lenti

Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)
Video 22:00 23.11.2025

Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)

Bir insan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsəsinə keçir. Lakin təcrübə göstərir ki, miras məsələsi bir çox ailələrdə anlaşılmazlıq və mübahisələrə səbəb olur.

Mülki qanunvericiliyə görə, vərəsəlik iki formada yaranır: Vəsiyyət üzrə və qanun üzrə. Əgər mərhum vəsiyyət tərtib etməyibsə, miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür.

Birinci növbədə övladlar, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə edirlər. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı olmur. Birinci növbə olmadıqda, ikinci növbədə olan qardaş-bacılar, nənə-babalar və onların övladları miras hüququ qazanırlar.

Vəkil Arslan Mikayılovun sözlərinə görə, qanun üzrə vərəsəlikdə 5 növbə müəyyən edilib:

"Vərəsəlik sahəsi olduqca tətbiqi çətin və eyni zamanda mürəkkəb bir hüquqdur. Belə ki, qanun üzrə vərəsəlikdə 5 növbə müəyyən edilib. Burada qanunun imperativ tərəflərindən biri də odur ki, əgər birinci növbədə hər hansı bir qohum varsa, artıq digər növbəyə keçmir. Burada vacib məqamlardan biri də odur ki, tərəflər arasında rəsmi nikah olmalıdır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər şəxslər arasında faktiki nikah olmadan onlar bir yerdə yaşayırlarsa, bu artıq onların əmlak hüquqlarını yaradır. Amma bu heç də belə deyil".

Daha ərtaflı İTV-nin videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->