Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub.
Qaynarinfo unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan edilib.
Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. G.Hacıyevaya isə 5 il müddətinə şərti cəza verilib.
Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.
Qeyd edək ki, o, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.
Şərhlər