Son dövrlərdə artan rəqəmsal cihaz istifadəsi uşaqların sağlamlığı ilə bağlı narahatlıqları artırır. Ekspertlər xəbərdarlıq edir ki, axşam saatlarında ani ekran parlaqlığı dəyişiklikləri uşaqların beyin funksiyalarına ciddi təsir göstərə bilər. Mavi işıq yalnız yuxuya getməyi gecikdirmir, həm də bioloji ritmi pozur, diqqət və akademik performansa mənfi təsir göstərir.
Qaynarinfo xəbər verir ki, neyroloji araşdırmalar göstərir ki, LED ekranların saniyələr içində "yüksək parlaqlıq–aşağı parlaqlıq” keçidləri beyin üçün mikro stimul yaradır. Bu stimul uşaqların inkişaf mərhələsində daha ciddi təsir göstərir. Uşaqların beynində baş ağrısı, göz yorğunluğu, melatonin azalması və yuxu dövründə gecikmə kimi nəticələrə yol açır.
Marmara Universiteti Pendik Təhsil Araşdırma Xəstəxanasının Uşaq və Yeniyetmə Psixi Sağlamlığı Klinikası həkimi Doç. Dr. Ayşe Burcu Erdoğdu Yıldırım bildirir ki, gecı baxılan telefon işığı uşağa gün işığı təsiri göstərərək beynin gecə moduna keçməsini gecikdirir.
Uşaq beyni işığa niyə daha həssasdır?
Yıldırım qeyd edir ki, uşaq beyni hələ inkişaf etməkdədir və xarici stimullara daha həssasdır. Ani işıq dəyişiklikləri yuxunu poza, epileptik reaksiyaları tətikləyə bilər, baş ağrısı və miqren yarada bilər.”
Bioloji ritmi pozan "süni gündüz” effekti
Axşam ekran işığı uşağın gecə moduna keçməsini gecikdirir və melatonin hormonunun ifrazını azaldır. Bu isə yuxuya getməni çətinləşdirir, ertəsi gün diqqət, yaddaş, emosional tənzimləmə və akademik nəticələrə mənfi təsir göstərir.
Qaranlıqda parlaq ekran ən zərərlisidir
Tam qaranlıqda ekranın ani açılması uşaqlar üçün ən yüksək işıq yükünü yaradır. Yıldırım bildirir ki, xüsusilə yorğan altında istifadə edilən telefon və tablet uşaqlarda fiziki yorğunluğa səbəb olur.
Ekspertlər telefonu tamamilə uşaqların həyatından çıxarmağı deyil, axşam rutini qurmağı tövsiyə edir.
Doç. Dr. Ayşe Burcu Erdoğdu Yıldırım deyir ki, axşam yatmazdan əvvəl ən az yarım saat, bir saat, hətta saat yarım əvvəldən Telefonu söndürmək lazımdır. Daha həssas uşaqlar üçün bu müddət daha uzun ola bilər. Telefon istifadə olunacaqsa, mütləq gecə rejimi aktiv edilməlidir.
Günay
Şərhlər