Xəbər lenti

İdman 19:09 30.12.2025

"Qarabağ" rəhbərliyi Yankoviçlə bağlı yekun qərarını verdi

"Qarabağ" rəhbərliyi komandanın yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda monteneqrolu legioner üçün Azərbaycan çempionuna rəsmi təklif göndərilməyib.

Lakin bu baş verəcəyi halda, "köhlənlər" sözügedən əcnəbi ilə vidalaşacaqlar. Səbəb isə Markonun bütün diqqətini oyununa yönəltməməsi və müəyyən davranışları ilə komandadaxili ab-havanı pozmasıdır. Belə ki, UEFA Çempionlar Liqasında sərgilədiyi parlaq çıxış fonunda bir neçə Avropa təmsilçisində maraq oyadan orta xətt oyunçusu menecerlər vasitəsi ilə ona göndərilən çağırışların təsiri altına düşüb. 

Komanda yoldaşlarının bir sıra önəmli matçlardan sonra Yankoviçə iradlarını bildirməsi də faktdır. Vəziyyətin bu yerdə olması baş məşqçi Qurban Qurbanovu da narahat edir. Təcrübəli mütəxəssis ürəyi "Qarabağ"la döyünməyən əcnəbinin yola salınmasının əleyhinə deyil.

--> -->