Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəliyi "Koneks Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət qurumun təmir işlərinin satın alması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Təmir işlərinə görə şirkətə 1 251 377,52 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
"Tender kralı” kimi tanınan "Koneks Construction” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC ilə bağlı yayılan məlumatlardan isə görünür ki, şirkət geyim, dəftərxana ləvazimatları, odun kimi müxtəlif malların satışını həyata keçirir.
"Koneks Construction” MMC cari ildə 10 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 20 601 219,83 manatdır.
Seyid
Şərhlər