Xəbər lenti

İdman 10:20 26.12.2025

"Qalatasaray"ın sabiq rəsmisi saxlanıldı

Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla daha 29 nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, onların arasında İstanbulun "Qalatasaray" futbol klubunun keçmiş rəhbərlərindən biri Erden Timur da var.

Eyni zamanda, istintaq çərçivəsində 24 nəfərin saxlanıldığı, 1 nəfərin əvvəlcədən həbs olunduğu, 4 nəfərin isə tutulması istiqamətində əməliyyatın davam etdirildiyi vurğulanıb.

--> -->