Xəbər lenti

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
Ölkə 20:35 06.02.2026

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye

Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Qaynarinfo Vüsal Nəsirlinin dosyesini təqdim edir:

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Sözügedən təyinata qədər o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.
--> -->