İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Advera" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki. müqavilədə Bakı Metropoliteninin 22 fərqli stansiyasında yerləşdiriləcək reklam lövhələrinin hazırlanması və icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyə dəyəri 232.106 manatdır.
Satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında qeydiyyatdan keçirilməyib. Bu isə tenderlə bağlı şübhələr yaradır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Advera" MMC-nin qanuni təmsilçisi Əkbərli Mədət Eynulla oğludur. Şirkətin nizamnamə kapitalı 100 manatdır.
Qafqaz Rafiqoğlu
Şərhlər