Xəbər lenti

Prezident təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi
Siyasət 12:52 25.12.2024

Prezident təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->