Xəbər lenti

Premyer Liqa:
İdman 09:33 30.04.2026

Premyer Liqa: "Neftçi" və "Qarabağ" yenidən üz-üzə

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.

Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.
--> -->