Xəbər lenti

Planetimizin səmasını sonuncu dəfə 7-ci əsrdə görülən xüsusi
Dünya 20:45 20.10.2025

Planetimizin səmasını sonuncu dəfə 7-ci əsrdə görülən xüsusi "qonaq” ziyarət edəcək

Oktyabr ayında planetimizin səmasını kosmosdan gələn xüsusi bir "qonaq” - A6 Lemmon kometası işıqlandıracaq. Bu, həqiqətən də unikal hadisə sayılır, çünki kometa Günəş sistemimizə təxminən hər min ildən bir qayıdır.

Qaynarinfo xəbər verir ki, "Ecoportal.net"in məlumatına görə, A6 Lemmon kometası Yerə sonuncu dəfə VII əsrdə yaxınlaşıb və növbəti dəfə yalnız 3421-ci ildə görünəcək. Alimlər bildirirlər ki, bu kometa Günəş sisteminin ən uzaq nöqtələrindən - Plutonun o tayından gəlir.

Kometanın Yerə maksimal yaxınlaşması 21 oktyabr 2025-ci ildə baş verəcək və məsafə təxminən 90 milyon kilometr olacaq.

Bu səmavi hadisəni Şimal yarımkürəsində daha aydın müşahidə etmək mümkün olacaq. Ən əlverişli müşahidə dövrü 25–28 oktyabr tarixləridir — bu zaman kometa parlaq zirvəsinə çatacaq və üfüqdə nisbətən yüksəkdə olacaq. Oktyabrın sonu – noyabrın əvvəllərində onun parlaqlığı 4-cü ulduz dərəcəsinə qədər artaraq, qısa müddətlik çılpaq gözlə də görünə biləcək, lakin bundan sonra tədricən solacaq.

A6 Lemmon kometası ilk dəfə 3 yanvar 2025-ci ildə "Mount Lemmon Survey” layihəsi çərçivəsində qeydə alınıb. O zaman o qədər solğun olub ki, tədqiqatçılar əvvəlcə onu asteroid hesab etmişdilər. Daha sonra 12 noyabr 2024-cü il tarixli "Pan-STARRS” arxiv şəkillərində kometanın izi tapılıb. Əlavə müşahidələr zamanı onun koma və qısa quyruğa malik olduğu müəyyən edilib və nəticədə obyektə rəsmi olaraq C/2025 A6 (Lemmon) adı verilib.

Bundan öncə alimlər çox nadir xüsusiyyətlərə malik qeyri-adi bir supernova ulduzu da aşkar etmişdilər. Bu kəşf nəhəng ulduzların ölüm prosesi və onların son mərhələdəki davranışı barədə əsas elmi təsəvvürlərin yenidən qiymətləndirilməsinə səbəb olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->