Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət təyyarələrdəki narıncı rəngli "qara qutu"lardan gedir.
Aviasiya məsələləri üzrə ekspert Tolga Özbek bildirib ki, bu qurğu iki əsas hissədən ibarətdir.
Ekspert deyir ki, "qara qutu" yüksək istiliyə, təzyiqə və su altında qalma şəraitinə davamlı materialdan hazırlanır. Bu cihaz, qəza yerlərində asan tapılması üçün narıncı rəngdə dizayn edilib.
Qeyd edək ki, qara qutu ekstremal şərtlərə 1 100 dərəcə istiliyə, 6 000 metr dərinlikdəki su təzyiqinə və güclü zərbələrə dözümlüdür. Əgər təyyarə suya düşsə, 30 gün ərzində suyun altında siqnal göndərə bilir və saniyədə mindən çox uçuş parametrini qeydə ala bilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər