Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində və Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qoyun və keçi oğurlayan şəxs həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Maştağa qəsəbə sakini Natiq Kərimovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, o, Xanlar yaşayış massivində yerləşən evin həyətindən dəyəri cəmi 1000 manat təşkil edən bir baş qoçu oğurlayıb.
Natiq həmçinin Binə qəsəbəsi, Atçılıq yaşayış massivindən 15 qoyun və 5 baş inək oğurlayıb. Bununla zərərçəkmiş - D.R. adlı fermerə ümumilikdə 9250 manat məbləğində ziyan vurub.
Natiq oğurluğu qoyun və keçiləri yemək üçün etdiyini deyib. Bildirib ki, bir qoçu oğurlayıb və bişirib yeyib.
Oğrunun iddiasına görə, digər oğurluq zamanı qoyun və keçilərin hamısını oğurlamaq niyyətində olmayıb. Qapını açanda hamısı çıxdığı üçün heyvanları otara-otara aparıb. Sonuncu oğurladığı heyvanlardan bir keçini yeiyb və digərlərini satıb.
Məhkəmənin hökmü ilə Natiq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, birbaşa məhkəmə iclas zalından həbs olunub.
Aydın
Şərhlər