Xəbər lenti

Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
Ölkə 19:19 04.04.2026

Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 3-də ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə və 2970 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
--> -->