Xəbər lenti

Nizamnamə kapitalları milyonlarla manat olan iki şirkət ləğv olundu
Ölkə 20:33 21.10.2025

Nizamnamə kapitalları milyonlarla manat olan iki şirkət ləğv olundu

Azərbaycanda kənd təsərrüfatı sahəsində eyni şəxsə məxsus iki şirkətin ləğvi diqqət çəkib. Belə ki, həm "Əkinçi-Bo Fermer Təsərrüfatı" MMC, həm də "Qarabağ Taxıl Aqro" MMC rəsmi olaraq ləğv olunduqlarını elan ediblər.

Oxu.Az rəsmi mənbələrə istinadən xəbər verir ki, "Əkinçi-Bo Fermer Təsərrüfatı" MMC 14.03.2005-ci ildə dövlət qeydiyyatına alınıb və 9 050 010 manat nizamnamə kapitalına malik olub.
Hüquqi ünvanı Beyləqan rayonu, Örənqala kəndi göstərilib.

Eyni prosedur çərçivəsində "Qarabağ Taxıl Aqro" MMC də ləğv olunub. Bu şirkət 10 iyul 2015-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 6 371 963 manatdır. Hüquqi ünvanı isə Şabran rayonunun Dəmir Yolunun Alt Tərəfi ərazisində yerləşir.
Hər iki şirkətin qanuni təmsilçisi Cavid Abdullayevdir.

Mediada açıqlanan və təkzib olunmayan məlumatlara görə, ləğv olunan hər iki şirkətin təsisçisi "Səba" ASC və ya ASC-nin sahibi olan şəxsdir. "Səba" ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Ötən il şirkət barədə yayılan məlumatlarda bildirilib ki, ASC-nin 447 min manat vergi borcu olub. Vergi reyestrində artıq "Səba" ASC ilə bağlı məlumat yoxdur, bu isə o deməkdir ki, şirkət ləğv olunub.

Şirkətin səhmdarları arasında Hidayət və Natiq Quliyev qardaşları olublar. Quliyev qardaşları həm də "Bank Respublika" ASC-nin sahibidirlər.

Bir müddət əvvəl "Səba" ASC-nin aktivlərinin "Chicken Pro." MMC tərəfindən alındığı xəbəri yayılıb. İddialara görə, "Chicken Pro." MMC də Quliyev qardaşlarına məxsusdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->