Xəbər lenti

Nazir generalın yerinə sabiq icra başçısının oğlunu təyin etdi (FOTO)
Ölkə 14:00 25.12.2024

Nazir generalın yerinə sabiq icra başçısının oğlunu təyin etdi (FOTO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vaqif İbrahimov təyin olunub. 


Vaqif İbrahimov 

Qeyd edək ki, Vaqif İbrahimov bu ilin avqust ayında vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur. Yeni rəis son vəzifəsinə qədər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini olub. O, həmçinin Dövlət Gömrük Komitəsində də yüksək vəzifələr tutub.


Aqşin Kazımov 

Xatırladaq ki, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilərək, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->