Bir müddət öncə kliniki ölüm keçirən aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Aktyor həkimlərin yazdığı dərmanlardan şikayətlənib:
"Həkimlər o qədər dərman yazıb ki... Borc edib alırsan, amma onların qəbul etmək dəhşətdir. Günüm ancaq dərman içməklə keçir. Başımda problemlər var. Bir müddət öncə çəkiliş zamanı kliniki ölüm keçirmişdim. Təzyiq oynayır, ya yüksək olur, ya da aşağı düşür. Səbəblərini də demirlər. Birinci kurs müalicə bitib, indi ikinci kursa başlamalıyam".
Aktyor ölümünə az vaxt qaldığını deyir:
"Pəncərəmin bağlanmağına az qalıb. Ömür gedir, istəsək də, istəməsək də, qarşıda bizi ölüm gözləyir".
Bahar Rüstəmli
Şərhlər