Xəbər lenti

Monteneqroda azərbaycanlı gənc qəzada öldü
Dünya 10:52 26.12.2025

Monteneqroda azərbaycanlı gənc qəzada öldü

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsində 26 yaşlı Azərbaycan vətəndaşı Tarıverdi Nağıyev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat verilib.

Məlumata görə, hadisə dünən axşam Sliepats şəhərinin yaxınlığında baş verib.

Xəbərdə bildirilir ki, azərbaycanlı sürücünün idarə etdiyi "Audi A6" markalı avtomobil səkiyə çırpılıb.

Xilasedicilər Azərbaycan vətəndaşını nəqliyyat vasitəsindən çıxarıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc sürücünün həyatını xilas etmək mümkün olmayıb.
--> -->