Xəbər lenti

Moldova rusiyalı diplomatı ölkədən qovur
Dünya 14:30 19.03.2024

Moldova rusiyalı diplomatı ölkədən qovur

Moldova tanınmamış Dnestryanı bölgəsində Rusiya prezident seçkilərinin keçirilməsinə görə rusiyalı diplomatı persona non-qrata elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı, martın 19-da Moldova Xarici İşlər Nazirliyi "Facebook"da məlumat yayıb.

Qeyd olunur ki, Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu çağırıb. Diplomata Moldova hakimiyyətinin mövqeyinə zidd olaraq Dnestryanı ərazisində seçkilərin təşkili ilə bağlı etiraz edilib.

Səfirə səfirlik əməkdaşlarından birinin Moldova ərazisində persona non-qrata elan edilməsi və ölkəni tərk etməli olduğuna dair nota təqdim olunub. 

Qeyd edək ki, daha əvvəl bildirilib ki, Rusiya prezident seçkilərini keçirmək üçün tanınmamış Dnestryanı ərazisində seçki məntəqələri açıb. Rusiya prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Martın 18-də Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası protokolların 100%-ni saydıqlarını və Putinin səslərin 87,28%-nin topladığını açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->