Moldova baş nazirinin müavini Oleq Serebrian ölkənin tanınmamış Dnestryanı respublikası ilə danışıqlardan faktiki olaraq çıxdığını və Tiraspol üçün qaydaların müəyyən edilməsini elan edib.
Qaynarinfo xəbər verir ki, o, Dnestryanıdan olan sahibkarlar üçün gömrük rüsumlarının tətbiqi və dərmanların idxalına qoyulan məhdudiyyətləri belə şərh edib.
Onun sözlərinə görə, Moldova bununla da Kişinovun birtərəfli hərəkətlər düsturuna əməl etmək qərarına dair siqnal vermək istəyib.
"Əvvəllər biz Kişinyov və Tiraspol arasında bütün məsələlər üzrə razılığa gələn danışıqlar aparmışdıq. İndi Tiraspolun riayət etməli olduğu qaydalar verilir. Bu, onları çox qəzəbləndirir", deyə Oleq Serebrian bildirib.
Moldova baş nazirinin müavini vurğulayıb ki, hadisələrin bu inkişafı danışıqlar formatından faktiki olaraq çıxışdır.
Aydın
Şərhlər