ABŞ-ın Kolumbiya ştatında yerləşən "Columbia Sportswear” şirkətinin 76 yaşlı milyarder baş direktoru Tim Boyl düz dünya nəzəriyyəsinə inananlar üçün bənzərsiz bir çağırış elan edib.
Qaynarinfo xəbər verir ki, təxmin edilən 1,6 milyard dollarlıq sərvətə sahib olan Boyl "İmkansız kəşf" adlı yeni marketinq kampaniyası çərçivəsində "Düz dünyacıları” planetin həqiqi ucunu tapmağa və onun kənarında yerləşdiyi iddia edilən uçurumun fotosunu gətirməyə dəvət edir. Əgər bunu bacarsalar, 1938-ci ildə qurulan və dəyəri 3 milyard dollara çatan ailə şirkətinin idarəetməsi onlara veriləcək.
Boyl Oregon ştatındakı şirkət mərkəzində gəzərkən bildirib ki, qalib olan şəxs iclas otaqlarından qəhvə aparatlarına qədər hər şeyə sahib olacaq: "Buyurun. Siz dünyanın bir sonu olduğunu iddia edirsiniz. Elə isə gedin, bir foto çəkin, bizə göndərin və şirkətin bütün varlıqlarını alın. Hamısı sizin olacaq. Nə sənəd, nə vəkil, nə də hiylə var".
Lakin reklam yayımlandıqdan sonra özünü vəkil kimi təqdim edən bir şəxs kampaniyanın incə məqamlarını açıqlayıb. Məlum olub ki, Kolumbiyada dəyəri 100 min dollar olan "The Company, LLC” adlı ayrıca bir şirkət yaradıb. Yəni düz dünyacı iddiasını sübut etsə belə, yalnız bu kiçik şirkətin üzərində haqq əldə edəcək - yenə də ciddi məbləğ sayılır.
Şirkət mümkün aldatma halları qarşısını almaq üçün "Dünyanın kənarı” ifadəsinin nə anlama gəldiyini açıqlayıb. "Columbia” nəşrinin bildirdiyinə görə, onlar planetin görünən və fiziki cəhətdən müşahidə edilə bilən bir ucunun fotosunu tələb edir. Bu, sonsuz dərinliyə enən bir uçurum, ucsuz-bucaqsız boşluq və ya sonsuzluğa uzanan bulud mənzərəsi ola bilər.
İnsanlıq dünyanın kürə formasında olduğunu 2 min ildən artıqdır ki, bilir və bu faktı təsdiqləyən saysız dəlil mövcuddur. Sadə müşahidələrdən — gəmilərin üfüqdə görünməz olması kimi — tutmuş kosmosdan çəkilən görüntülərə qədər çoxsaylı vizual sübutlar var. Lakin müasir düz dünya hərəkatı NASA kimi elmi qurumlara və hökumətlərə etibar etmir, elmi kanıtların qəsd nəzəriyyəsinin bir hissəsi olduğuna inanır.
Nottingham Trent Universitetinin fizika üzrə müəllimi İan Uittaker, üfüqün düz görünməsinin səbəbinin kosmosda yox, səthdə olmamızdan irəli gəldiyini bildirir. Yer səviyyəsində insanlar üfüqün yalnız bir neçə milini görə bilir. Uittaker bir basketbol misalını çəkərək bildirib ki, topun üzərində dayanan mikroorqanizm, boyunun topun əyriliyinə nisbətən çox kiçik olması səbəbindən yalnız düz səth gördüyünü düşünəcək.
Aydın
Şərhlər