Xəbər lenti

Masallıda
Ölkə 18:21 08.12.2025

Masallıda "TIR parkı" tikmək istəyən iş adamına qarşı 48 min manatlıq dələduzluq

İş adamı, "Shark Logistics” MMC-nin direktoru Amid İbadov dələduzluqla üzləşib.

Qaynarinfo-nun məlumatına görə, ona qarşı dələduzluq əməlini elə öz həmyerlisi törədib. 

Amid İbadov Masallının Ərkivan qəsəbəsində qardaşının mülkiyyətində olduğu torpaq sahəsində "TIR parkı" tikmək istəyirmiş. Bundan xəbər tutuan həmyerlisi bu məsələdə ona yardım edəcəyini deyib. İş adamının həmyerlisi iddia edib ki, "TIR parkı"nın tikintisi üçün Masallı Rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə ala bilər. 

Amid İbadov onunla razılaşıb. Həmyerlisi adıçəkilən qurumların icazəsi üçün iş adamından hissə-hissə olmaqla 48 976 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Nəticədə qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Amid İbadovun şikayəti əsasında saxlanlınan həmyerlisinə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsili bilməyib. O, həmçinin qeyd edib ki, ailəsi hazırda dəymiş ziyanı ödəyir. 

Bununla belə, məhkəmə onu cəzalandırıb. Təqsirləndirilən şəxsə  2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onun həbsdə saxlanılıdğı 6 ay 4 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 7 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->