Xəbər lenti

Avropa ölkəsi həyəcan təbili çalır: Afrika donuz taunu 30 il sonra qayıtdı
Dünya 22:05 08.12.2025

Avropa ölkəsi həyəcan təbili çalır: Afrika donuz taunu 30 il sonra qayıtdı

İspaniyada 30 ildən artıq müddətdir görünməyən Afrika donuz taununun yenidən ortaya çıxması rəsmiləri həyəcan vəziyyətinə salıb. 

Qaynarinfo xəbər verir ki, epidemiya bir tədqiqat laboratoriyasından sızmış ola biləcəyi ehtimalı araşdırmanın əsas istiqamətlərindən birinə çevrilib.

İspaniyanı narahat edən Afrika donuz taunu (ADT) ilə bağlı aparılan araşdırmada rəsmilər "laboratoriya sızıntısı” ehtimalını yoxlayırlar. Bu vaxta qədər 13 vəhşi donuzda xəstəlik təsdiqlənib.

İlkin mərhələdə virusun yabanı donuzların yediyi yoluxmuş qida vasitəsilə bölgəyə daşındığı düşünülürdü. Lakin Kataloniyadakı hadisələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin apardığı analizlər müəyyən edib ki, təsbit edilən ştamm Avropa İttifaqı ölkələrində dövr edən viruslardan fərqlidir. Nazirliyin hesabatına görə müəyyən edilən ştamm 2007-ci ildə Gürcüstanda baş verən böyük epidemiya zamanı qeydə alınan "Georgia 2007” ilə oxşarlıq göstərir. Bu ştammın xüsusilə eksperimental yoluxdurma işlərində və peyvənd hazırlanmasında laboratoriyalarda tez-tez istifadə olunduğu bilinir.

İspaniya Kənd Təsərrüfatı Nazirliyi bu günə qədər təsdiqlənmiş 13 hadisənin hamısının ilkin yoluxma nöqtəsindən 6 kilometrlik radiusda aşkar edildiyini bildirib. Bölgədə ölü tapılan 37 yabanı heyvanın da araşdırıldığı, lakin heç birində xəstəliyə rast gəlinmədiyi qeyd edilib.

"The Guardian"ın məlumatına görə, bölgədə polis və yabanı həyat qruplarına dəstək məqsədilə 100-dən çox hərbi qulluqçu yerləşdirilib.

Afrika donuz taunu insanlara yoluxmur. Araşdırma həm ölkənin heyvandarlıq sektoruyla, həm də Avropanın epidemiya təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğu üçün diqqətlə izlənir. Rəsmilər xəstəliyin dəqiq mənşəyinin müəyyənləşdirilməsi üçün işlərin davam etdiyini vurğulayırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->