"Düşünürəm ki, Milli Məclisin xüsusi iclası Konstitusiyanın yaranmasının və qəbul edilməsinin 30 illiyinə həs olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Təşkilat sədri bildirib ki, iclasda yeni konstitusiyanın yaranması ilə bağlı təkliflər verilə bilər:
"Konstitusiya Azərbaycan cəmiyyətinə və dövlət idarəetməsinə nə verdi, bütövlükdə suverenlik necə bərpa olunur və s. kimi məsələlər müzakirə ediləcək. Konfrans olacaq, ayrı-ayrı məruzələr dinləniləcək. Yəqin ki, sonda da Prezidentə müracət qəbul olunacaqYeni Konstitusiyanın hazırlanması ilə bağlı da təkliflər verilə bilər".
Əliməmməd Nuriyev bunun ancaq bir yubiley xarakterli iclas olacağını vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş xüsusi iclası keçiriləcək. Parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər