Deputat Qüdrət Həsənquliyevin təklifi Milli Məclisdə müzakirəyə səbəb olub. Deputat bildirib ki, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adı dəyişdirilməlidir:
"Yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adı olmalıdır. Biz bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Ona görə bizim haqqımız yoxdur ki, Azərbaycan adına iddia edək. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır".
Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Qüdrət Həsənquliyevin bu təklifi əvvəllər də səsləndirilib:
"Azərbaycan iki hissəyə bölünüb. 1813 və 1828-ci Türkmənçay və Gülüstan müqavilələri Azərbaycan iki hissəyə bölünüb. Sonrakı dövrlərdə bu cür təkliflər mütəmadi olaraq səslənib ki, Azərbaycanın adı Şimali Azərbaycan adlandırılsa, daha məqsədəuyğun olar. Bir parçamız Cənubdadır. Bu baxımdan da, Qüdrət bəy belə təkliflə çıxış edə bilər. Hər kəsin belə təkliflərlə çıxış etmək hüququ var. Amma fikrimcə, bu, hələ çox tezdir".
Arzuxan Əlizadə təklifi hazırkı dönəm üçün reallaşması mümkün olmayan məsələ kimi qiymətləndirib:
"Bəlkə də yanılıram, amma indiki həssas məqamda bu cür məsələlərin gündəmə gəlməsi, yumşaq desək, doğru deyil. Zamana ehtiyac var".
Bahar Rüstəmli
Şərhlər